MƏQALƏNİN ÇAP EDİLMƏSİNƏ DAİR TƏLƏBLƏR
Təqdim elilən məqalə orijinal və jurnalın profilinə uyğun olmalıdır. Səhifələr nömrələnməlidir. Şrift Times New Roman, ölçüsü 12, cümlələrarası məsafə 1 olmalıdır. İstinadlar məqalənin sonunda və içərisində nömrələnmə ilə verilir. İxtisarlar məqalənin mətnində ilk dəfə istidadədə tam açıqlanmalıdır, hüquqi aktların isə tarixi, nömrəsi və tam rəsmi adı verilməlidir. Məqalə bir fayl olaraq təqdim edilir və aşağıdakı struktura malik olmalıdır:
- müəllif haqqında məlumat: soyadı, adı və atasının adı, vəzifəsi və iş yeri; elmi dərəcə və elmi adı; müəllifin e-mail ünvanı və əlaqə telefon nömrəsi;
- məqalənin adı;
- açar sözlər (ən azı 12 söz);
- məqalənin mətni (original dildə);
- biblioqrafiya (siyahıda yalnız istinad və dərc edilmiş mənbələr göstərilir);
- 250-300 sözdən az olmayan xülasə.
Məqalə doc və ya docx formatında bu ünvana göndərilir: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.; Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır..
Məqalə müəllifin məktubu və ilkin rəy (bu sahə üzrə tanınmış alim tərəfindən) ilə redaksiyaya göndərilir.
Dərcetmə qaydalarına uyğun gələn məqalə rəy alınması üçün müvafiq sahə üzrə tanınmış mütəxəssisə verilir. Resenziya alma müddəti 1-3 ay davam edir. Müsbət rəy alındıqda məqalə dərc edilməsinə razılıq verilməsi üçün Redaksiya heyətinə təqdim edilir. Dərc edilməsinə razılıq verilmiş məqalə redaktə olunur. Redaktə xarakterli düzəlişlərin edilməsi müəlliflə razılaşdırılmasa da, ona bu haqda məlumat verilir. Müəllif məqaləni dərc edilməyə verilənədək geri götürə bilər.
Resenziyanın alınması və məqalənin dərc edilməsi ilə bağlı xərclər jurnal tərəfindən qarşılanır.