BEYNƏLXALQ HÜQUQ VƏ İNTEQRASİYA PROBLEMLƏRİ

(elmi-analitik jurnal)

Təsisçi: Bakı Dövlət Universiteti.

Jurnal 2005-ci ildən etibarən buraxılır. Jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir (12.02.2005, №1202). 2018-ci ilədək jurnal ildə dördə dəfə, 2018-ci ildən ildə 3 dəfə, 2021-ci ildən isə ildə 2 dəfə dərc olunur.

Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxildir.

2017-ci ilin birinci nömrəsi daxil olmaqla elmi məqalələr azərbaycan, rus, ingilis, o cümlədən Redaksiya heyətinin tövsiyə etdiyi digər dillərdə çap edilirdi. Jurnalın 2017-ci ilin ikinci nömrəsindən elmi məqalələr yalnız ingilis dilində çap edilir. Elmi məqalələr yalnız nüfuzlu təşkilat və alimlərin rəyləri nəzərə alınmaqla, Redaksiya heyətinin qərarı ilə çap edilir.

ISSN 2223-0874 (çap üçün)

ISSN 2522-1825 (elektron)

DOI: 10.61638/ilip23